2024-04-19

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının illik yaz sessiyasında iştirak etdi.

19 aprel tarixində Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının illik yaz sessiyasında iştirak edən və Azərbaycanı BVF-də rəhbər olaraq təmsil edən, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin üzvü, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Xarici İşlər Nazirliyi və ölkəmizin ABŞ-dəki Səfirliyinin nümayəndələri ilə BVF-nin hazırkı idarəedici direktoru Kristalina Georgieva və heyəti arasında görüş keçirildi.

Görüş zamanı, maliyyə naziri S. Şərifov yenidən BVF-in idarəedici direktoru seçilməsi ilə bağlı xanım K. Georgiyevaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təbrik mesajlarını çatdırdı.    

Qarşı tərəf təbrikə görə dərin minnətdarlığını ifadə etdi. Eyni zamanda, ölkəmizin COP29-a ev sahibliyi çərçivəsində dəstək göstərməyə hazır olduqlarını vəd etdi.

Görüş zamanı həmçinin, BVF-ilə ümumi əlaqələr və COP29 çərçivəsində də mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.  

Arxiv üzrə axtarış