Tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə konsul təsdiq etməlidir. Konsul tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, diplomunun surətini və imza nümunəsini tələb edir.

Tələb olunan sənədlər

  • Tərcümə və surəti təsdiq ediləcək sənədin əsli
  • Sənədin məxsus olduğu şəxsin şəхsiyyətini təsdiq edən sənədinin əsli
  • Konsulluqda qeydiyyatda deyilsə, müvаfiq dili bilən tərcüməçinin diplоmunun əsli, şəxsiyyətini təsdiq edən sənədinin əsi və şəxsən iştirakı vacibdir.

Dövlət rüsumu

  • 20 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər Səfirlikdə qəbul edilir.
  • Səfirliyin Konsulluq bölməsi sənədlərin surətlərini və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq olunmasına dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

Arxiv üzrə axtarış