Etibarnamələrin təsdiq edilməsi

“MOBİL NOTARİAT”

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

 

SƏFİRLİKDƏ ETİBARNAMƏLƏRİN TƏSDİQ EDİLMƏSİ

Konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.

Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Tələb olunan sənədlər

  • Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
  • Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti
  • Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər

Dövlət rüsumu

  • 20 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

 

Müraciət forması

 

Arxiv üzrə axtarış