Doğumun qeydə alınması

Doğum haqqında məlumat vətəndaşların yaşadıqları əraziyə akreditə edilmiş Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin Konsulluq bölməsinə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində verilməlidir. 

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

  • Valideyinlərin ərizəsi (buradan yüklənə bilər)
  • Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
  • Valideynlərin doğum haqqında şəhadətnamələrinin surəti;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
  • Doğum faktını, vaxtını və yerini təsdiq edən sənədin əsli (Qeyd olunmalıdır ki, uşaq hansı xəstəxanada, nə vaxt anadan olubdur. Bu xəstəxanadan verilən “birth certificate” olmamalıdir. Bu “verification of birth life fact” ola bilər). 
  • Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

Dövlət rüsumunun məbləği

  • Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Müraciət forması

  • Səfirliyin Konsulluq bölməsi doğumun qeydə alınmasına dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

Diqqət!

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə xəbərdarlıq edilir və ya 10 manat  miqdarında cərimə edilir. 

Arxiv üzrə axtarış