İŞGÜZAR VIZA

İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

Tələb olunan sənədlər:

1. Ərizə-anket https://visaapplication.mfa.gov.az/

2. Pasport (əsli və surəti)

  • Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
  • ABŞ vətəndaşı olmayan şəxslərin həmçinin bu ölkədə daimi yaşayış hüququnu təsdiq edən sənədi (green card) təqdim etməsi vacibdir.

3.İki ədəd 3x4 ölçülü fotoşəkil.

  • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir

4.Dəvət edən tərəfin vəsatəti

  • Azərbaycana əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi vasitəsilə göndərilməlidir. Vəsatət Konsulluq idarəsi tərəfindən müvafiq qaydada təsdiq olunmalıdır.
  • Əlavə məlumat üçün dəvət edən tərəf Konsulluq idarəsi ilə əlaqə saxlaya bilər. Ünvan: Şıxəli Qurbanov küç. 50, Bakı AZ1009. Əlaqə nömrəsi: +994507600663.

5.Dövlət rüsumunun ödənilməsi barədə sənəd

 

DİQQƏT!

  • Səfirliyin Konsulluq bölməsi viza müraciətlərini yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

Arxiv üzrə axtarış