Tranzit viza
Tranzit vizası üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.
Tələb olunan sənədlər:
- Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər).
- Pasportun əsli.
- Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
- Səyahət sənədi ilə müraciət edən şəxslərin həmçinin daimi yaşayış kartını təqdim etməsi vacibdir.
- Pasportun surəti.
- İki ədəd 3x4 ölçülü fotoşəkil.
- Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- 20 ABŞ dolları.
- Rüsum yalnız “money order” şəklində təqdim olunmalıdır.
- Gedəcəyi ölkənin vizasının surəti
- Gedəcəyi ölkə vizasız rejim tətbiq edirsə tələb edilmir.
- Tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin surəti
- Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.