Ümumi məlumat

ABŞ-da daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin Konsulluq bölməsi və ya Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən aparılır.

Konsulluq bölməsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verir.

Arxiv üzrə axtarış