VVAQ haqqında təkrar şəhadətnamələrin verilməsi

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin Konsulluq bölməsinin akreditə edildiyi ərazidə daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

Tələb olunan sənədlər

  • Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
  • Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).

Dövlət rüsumu

  • 10 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

Kimlər müraciət edə bilər

  • Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
  • Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
  • Ölənlər barəsində - onların qanuni varisləri;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Müraciət forması

  • Səfirliyin Konsulluq bölməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayışların verilməsinə dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

 

Diqqət!

 

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.

Arxiv üzrə axtarış