İlk dəfə pasport alan vətəndaşlar

Tələb olunan sənədlər

  • Şəxsiyyət vəsiqəsinin əsli (15 yaşı tamam olmamış, ilk dəfə pasport alan uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə istisna hal kimi fərdi identifikasiya nömrəsi əsasında Səfirlikdə pasportlarların rəsmiləşdirilməsi mümkündür. Bunun üçün ilk öncə 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə fərdi identifikasiya nömrəsi üçün müraciət olunmalıdır. Ətraflı: burada
  • Qan qrupu haqqında tibbi arayış (0-15 yaş uşaqlar üçün şəxsiyyət vəsiqəsi omadıqda təqdim olunur);
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Biletin əsli (əgər hərbi xitmətdə olmamışsa hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli); 
  • 18 yaşı tamam olmamış şəxsin doğum haqqında şəhadətnaməsinin əsli;
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər)
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlərin əsli; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlərin əsli. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və hər iki valideyni/himayəçiləri.

Rüsum

  • 25 ABŞ dolları konsulluq rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
  • Müvafiq yaşa uyğun olaraq (0-1 yaş 10 manat) (1-3 yaş 20 manat) (3-18 yaş 30 manat) (18 yaşı tamam olmuş 40 manat) dövlət rüsumu onlayn http://www.bpqmi.gov.az/?/az/menu/25/ və ya  Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər Səfirlikdə qəbul edilir.
  • Vətəndaş yuxarıda sədalanan sənədlərlə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment)təyin etmələri xahiş olunur.
  • Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Zərf yeni pasportunuzun sizə çatdırılması üçün istifadə olunacaqdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır.

Arxiv üzrə axtarış