Azərbaycan Respublikasının vətəndaşlığından çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Tələb olunan sənədlər

  • Elektron qaydada çap edilmiş ərizə-anket – 2 ədəd (buradan yüklənə bilər)
  • Elektron qaydada çap edilmiş Azərbaycan Respublikası Prezidentinin adına ərizə (vətəndaşlıqdan çıxma səbəbi göstərilmək şərti ilə) – 2 ədəd;
  • Elektron qaydada çap edilmiş tərcümeyi-hal – 2 ədəd;
  • 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Kredit öhdəliyinin olmaması barədə Azərbaycan Kredit Bürosundan sənəd;
  • Dövlət qarşısında vergi öhdəliyinin olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən sənəd;
  • Alimentin tutulmaması və barəsində hər hansı icra sənədinin olmaması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin müvafiq yerli şöbəsindən sənəd;
  • Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış);
  • Mənzil kommunal xidmətlərinə görə borcunun olmaması barədə yaşayış yeri üzrə mənzil istismar sahəsindən arayış;
  • Sudan istifadəyə və çirkab suyun axıdılmasına görə borcunun olmaması barədə “Azərsu” ASC-nin müvafiq yerli şöbəsindən arayış;
  • Qazdan istifadəyə görə borcunun olmaması barədə arayış;
  • Elektrik enerjisindən istifadəyə görə borcunun olmaması barədə arayış;
  • Telefon danışıqlarına görə borcunun olmaması barədə arayış.

Dövlət rüsumu

  • 60 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

Qeyd

  • Adında daşınmaz əmlak olmamasına dair sənəd təqdim edən şəxslərdən rabitə və kommunal xidmətlərlə bağlı arayışlar tələb olunmur.

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Səfirliyin Konsulluq bölməsi Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Zərfdən istifadə etməklə ərizəçiyə müraciətin nəticəsi barədə Səfirlik tərəfindən yazılı məlumat verilir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

Müraciətə baxılma müddəti və nəticələri

  • Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.
  • Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır.
  • Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Arxiv üzrə axtarış