Pasport yararsız hala düşdükdə və ya itdikdə

Tələb olunan sənədlər

  • Yararsız hala düşmüş pasportun əsli; 
  • Şəxsiyyət vəsiqəsinin əsli;
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Biletin əsli (əgər hərbi xitmətdə olmamışsa hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin və ya möhlət hüququnun verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli); 
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər)
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlərin əsli; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlərin əsli. 

İştirak etməli olan şəxslər

 

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və hər iki valideyni/himayəçiləri.

Rüsum

  • 25 ABŞ dolları konsulluq rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
  • Müvafiq yaşa uyğun olaraq (0-1 yaş 25 AZN) (1-3 yaş 40 AZN) (3-18 yaş 55 AZN) (18 yaşı tamam olmuş 75 AZN) dövlət rüsumu onlayn https://www.asanpay.az/intro/home ("Daxili İşlər Nazirliyi" FİN nömrəyə istinad etməklə)və ya  Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

Müraciət forması

  • Pasportun yenilənməsi yalnız yuxarıda göstərilən sənədlər əsasında mümkündür.

  • Pasportun yenilənməsi üçün şəxsən Konsulluq bölməsinə gəlmək tələb olunur. 18 yaşına çatmamış şəxslərin hər iki valideyninin və ya qəyyumunun müşayiəti vacibdir.

  • Görüş (appointment) təyin etmək üçün bu keçidi seçməyiniz xahiş olunur. (Siyahıdan "Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi"-ni seçin) Telefon və ya elektron poçt vasitəsilə görüş təyin etmək mümkün deyil.

  • Siz özünüzlə haqqı ödənilmiş geri qaytarılma zərfi (pre-paid envelope from USPS, FedEx or UPS) gətirməlisiniz. Yeni pasport həmin zərf vasitəsilə sizə geri göndəriləcəkdir. Azərbaycan Səfirliyi poçt göndərişinin itirilməsinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır.

Arxiv üzrə axtarış