Səfir

 

Xəzər İbrahim

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri

26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri təyin olunmuş və 15 sentyabr 2021-ci ildən etibarən rəsmi olaraq etimadnaməsi qəbul edilmişdir.

O, 2017-2021-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri olmuşdur.

2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyinin rəhbəri olmuşdur.

2009-2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində nümayəndəliyin rəhbərinin müavini olmuşdur.

2007-2009-cu illərdə o, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, daha öncə isə mətbuat xidmətinin rəhbərinin müavini olmuşdur. 2005-2006-cı illərdə Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi idarəsində çalışmış, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanmasında və NATO ilə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planının icrasında birbaşa iştirak etmişdir. 

2002-2005-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində çalışmış, hərbi-siyasi, siyasi və ictimai diplomatiya məsələlərindən məsul olmuşdur.

1998-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik məsələləri idarələrində müxtəlif vəzifələrdə çalışmış, ikitərəfli hərbi-siyasi münasibətlər, NATO məsələləri, silahlara nəzarət, tərksilah və çoxtərəfli təhlükəsizlik məsələləri ilə məşğul olmuşdur.

Beynəlxalq münasibətlər üzrə Bakı Dövlət Universitetində (fərqləmə ilə) və Corctaun Universitetində (fərqlənmə ilə) magistr dərəcəsi almışdır. 2000-2001-ci illərdə o, Romada NATO-nin Müdafiə Kollecində ali kursda iştirak etmişdir.

O, Bakıda Xəzər Universitetində “Azərbaycanın xarici siyasəti” və  “Post-Sovet Azərbaycan siyasəti” üzrə dərs demişdir.

Evlidir, bir oğlu, 3 qızı var.

Arxiv üzrə axtarış