İmzanın həqiqiliyinin təsdiq edilməsi

“MOBİL NOTARİAT”

Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.

 

SƏFİRLİKDƏ İMZANIN HƏQİQİLİYİNİN TƏSDİQ EDİLMƏSİ 

Konsul qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Konsul imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. 

Tələb olunan sənədlər

  • İmza edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
  • Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər.

Dövlət rüsumu

  • 20 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

 

Müraciət forması

Arxiv üzrə axtarış