Ölümün qeydə alınması

Ölüm haqqında məlumat vətəndaşların yaşadıqları əraziyə akreditə edilmiş Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin Konsulluq bölməsinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 (on) gündən gec olmayaraq verilməlidir.

Tələb olunan sənədlər

  • Ölən şəxsin yaxını tərəfindən ərizə (burada yüklənə bilər)
  • Ölən şəxsin yaxınının şəxsiyyətini müəyyən edən sənədin surəti;
  • Ölüm faktını təsdiq edən sənədin əsli (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı, “verification of death” ola bilər);
  • Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin əsli;
  • Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi biletin əsli (hərbi xidmətlə bağlı olan sənədlər).

Dövlət rüsumu

  • Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Müraciət forması

  • Səfirliyin Konsulluq bölməsi ölümün qeydə alınmasına dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

Diqqət!

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Arxiv üzrə axtarış