2023-12-20

ABŞ-nin Ohayo ştatında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə sərgisi təşkil olunub

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Klivlend Azərbaycanlıları İcmasının birgə təşkil etdiyi tədbirdə Ulu Öndərin Klivlend klinikasında müalicə edən həkim heyəti, ətraf ştatlardan o cümlədən  İllinoys, Pensilvaniyada yaşayan yerli azərbaycanlı icma nümayəndələri ilə yanaşı, qardaş türk , Axıska türkləri və ABŞ-də yaşayan Azərbaycan icmasının nümayəndələri ,müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələr və elmi-tədqiqat mərkəzlərində çalışan həmvətənlərimiz iştirak etdi.

Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Ümummilli lider Heydər Əliyevin vəfatının iyirminci ildönümünə təsadüf edən bu xatirə tədbirinin məhz Klivlend şəhərində keçirilməsinin xüsusi məna daşıdığını, və bu tədbirin Ulu Öndərin əziz xatirəsinə həsr olunduğunu vurğuladı.

Səfir Xəzər İbrahim çıxışı zamanı onuda qeyd etdi ki, ölkəmiz üçün çox ağır dövrdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və göstərdiyi səylər nəticəsində bugünkü Azərbaycanın möhkəm əsaslarının təməlini qoyub. Daha sonra səfir Xəzər İbrahim Prezident, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin siyasi mirasını davam etdirərək dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini tam və qəti surətdə bərpa edərək uğurla inkişaf etdiyini nəzərə çatdırdı.

Tədbirdə  çıxış edən həmyerlimiz, Ohayo ştatının Keys Vestern Rezerv Universitetinin fizika elmləri üzrə professoru Elşad Allahyarov çıxışı zamanı Ümummilli lider Heydər Əliyevin, xaricdə xüsusilə dünyanın aparıcı tədqiqat mərkəzlərində yüksək ixtisaslı  elmi mütəxəssis kimi yetişməsində onun kimi saysız gəncin həyatında rolunu vurğuladı. O vaxtilə Heydər Əliyevin azərbaycanlı gənclərin yüksək ixtisaslı elmi  peşələrə yiyələnməsi məqsədi ilə  xarici ölkələrdə təhsil almağa göndərməsinin onun uzaqgörənliyinin bariz nümunəsinin olduğunu bildirirdi.

Ülu Öndərlə şəxsi görüşlərindən bəhs edən Professor E. Allahyarov həmçinin Azərbaycan tarixinin ən ağır və taleyüklü dövrlərində onun xalqımızın milli maraqları uğrunda əzmlə mübarizə apardığının şahidi olduğunu və onun xatirəsini daima əziz tutacağını qeyd etdi.

Tədbirdə Dünyaşöhrətli həmyerlimiz Müslim Maqomayevin ABŞ-nin  Ohayo ştatında yaşayan qızı Marina Maqomayeva çıxış edərək Ümumilli lider Heydər Əliyevlə bağlı uşaqlıq və gənclik xatirələrini bölüşdü. Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirə öz ailə üzvləri ilə birgə qatılmaqdan böyük şərəf hissi duyduğunu ifadə etdi.

Marina Maqamayeva çıxışı zamanı  Ulu öndər H.Əliyevin mərhum atası Muslim Maqomayev daxil olmaqla Azərbaycanın incəsənət xadimlərinə göstərdiyi qayğı və diqqəti  Azərbaycan mədəniyyətinin onun hüdudlarından kənarda təbliği sahəsində əvəzsiz rolundan danışdı.

Tədbri Ohayo ştatınınn Kolumbus şəhərində yaşayan musiqiçi alim, professor Narmina Əliyevanın ifasında Ülu Öndərin  xatirəsinə həsr olunmuş  Azərbaycan klassiklərinin əsərlərindən musiqi parçaları ilə davam etdi.

Tədbir  iştirakçılarına  Ümumi lider Heydər Əliyevin müxtəlif illərdə ABŞ rəsmi və işgüzar səfərlərindən o cümlədən Klivlend klinikasında müalicə aldığı dövrdə çəkilmiş nadir şəkillədən ibarət foto sərgi eləcə də Azərbaycan ABŞ-dəki Səfirliyi tərəfindən dərc edilmiş foto albom nümayiş etdirildi.

 

Arxiv üzrə axtarış