2022-10-15

Azərbaycan qida festivalında təmsil olunub

Cari ilin 13 oktyabr tarixində ABŞ-ın Vaşinqton şəhərində qida festivalı keçirilib. Festivalda ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndəkilər və təmsil etdikləri ölkədən bir aşpaz iştirak edib. Tədbirdə 40-a yaxın səfirlik təmsil olunub.

Festivalda ölkəmizi Azərbaycan Milli Kulinariya Federasiyasının üzvü Mirmövsüm Dadaşov təmsil edib. Səfirliyimiz sözügedən tədbirdə Azərbaycan guşəsi ilə iştirak edib. Azərbaycan guşəsi ölkəmizin bayrağı, milli suvenirlər, xlaçalarımız və milli musiqi alətlərimizlə bəzədilib, iştirakçılara milli təamlarımız, o cümlədən şərbətlərimiz və milli şirniyyatlarımız təqdim edilib.

Eyni zamanda, hər səfirliyə tədbirin mədəni hissəsində iştirak imkanı verilib. Bu hissədə 8 ölkə təmsil olunub. Ölkəmizi ABŞ-da fəaliyyət göstərən “Silk Road” rəqs qrupu təmsil edib və “Arşım mal alan”, “Üzüm” və “Yüz biri” rəqs nömrələri ilə çıxış ediblər.

Arxiv üzrə axtarış