news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2025

Ümummilli Lider Heydər Əliyevin xatirəsi ABŞ-nin paytaxtı Vaşinqtonda anılıb

Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir təşkil edilib. Tədbirdə Vaşinqtonda yaşayan azərbaycanlı icmanın təmsilçiləri və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ümummilli liderin Azərbaycanın gələcəyi naminə irəli sürdüyü əsas ideyalarından bəhs edərək onun tək Azərbaycan deyil, dünya üçün dəyər təşkil etdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, o ideyaların davamı olaraq bu gün Azərbaycan güclü və inkişaf edən ölkəyə çevrilib. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında hər kəs dövlətimizin inkişafını daha da irəli aparmaq üçün səy göstərir. Səfir əlavə edib ki, Heydər Əliyev hər zaman gənclərə və tələbələrə xüsusi diqqət göstərib. Xəzər İbrahim təhsilləri və əməkləri vasitəsilə Azərbaycanın işıqlı gələcəyi naminə irəli sürülən ideaları daha da irəli apardıqlarına görə tələbələrə təşəkkür edib. Səfir təhsildə uğurlu nəticə göstərən tələbələri mükafatlandırıb. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin səfirlikdə yerləşən abidəsi önünə gül qoyublar.

Ardınca Heydər Əliyevin fəaliyyəti, əsas ideyaları və gənclər siyasəti ilə bağlı video çarxlar nümayiş olunub.

Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini, ABŞ-yə rəsmi və işgüzar səfərlərini əks etdirən foto sərgi təşkil edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti