Səfirin müraciəti
Xoş gəlmisiniz!
Əsl dostluq, güclü tərəfdaşlıq və strateji baxış hər zaman Azərbaycan-ABŞ münasibətlərinin əsasını təşkil etmişdir. Enişli-yoxuşlu yollarda biz heç zaman münasibətlərimizi inkişaf etdirməyi dayandırmadıq. Təhlükəsizlik, iqtisadi (enerji) və siyasi əməkdaşlıq bizim daha yaxşı dünya üçün ortaq dəyərlərimizi daha da gücləndirmişdir.
2022-ci il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Qarşılıqlı etimad əsasında üzümüzə gələn illərdə imkanları araşdırıb yeni əməkdaşlıqlar quracağıq.
Sizi dinləməyə və müzakirələrə hazıram.
Hörmətlə,
Xəzər İbrahim