news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 mart 2025

ABŞ-nin Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb

ABŞ-nin Merilend ştatının qubernatoru Ves Mur Novruz bayramı ilə bağlı bəyanat imzalayıb.

 

Bəyanatda Novruzun yazın gəlişinin və təbiətin yenilənməsinin qeyd edildiyi qədim və şən bayram olduğu bildirilir. Vurğulanır ki, bu bayram 3 min ildən artıqdır qeyd olunur və dünyada milyonlarla insan tərəfindən tanınır. Novruz sülh, yenilənmə və mədəni birliyin simvolu kimi xarakterizə edilir.

 

“Bütün dünyada Azərbaycan icmaları Novruz bayramını ənənələrlə, o cümlədən xeyrin şər üzərində qələbəsini simvolizə edən tədbirlərlə, musiqi, rəqslər, bayram süfrələri və mədəni fəaliyyətlərlə qeyd edirlər. Merilend ştatı azərbaycanlılar da daxil olmaqla dövlətimizin mədəni, sosial və iqtisadi quruluşuna əhəmiyyətli töhfə verən icmalara ev sahibliyi etməkdən qürur duyur. Novruzun qeyd olunması bizim azərbaycanlı amerikalılar və onların icmaları ilə dostluq əlaqələrimizi gücləndirir. Biz Novruzu tanıyaraq onu qeyd etməklə Azərbaycanın zəngin mədəni irsinə hörmətlə yanaşır və təbliğ edirik”, - deyə bəyanatda bildirilir.

 

Ştat qubernatoru bəyanatda 20 martı Merilenddə Novruz günü elan edib

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti