news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 may 2021

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Şuşa ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçün tamamilə başqa məna kəsb edib. Bu gün Şuşa azaddır! Ali Baş Komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi, iradəsi və ruh yüksəksliyi qarşısında baş əyirik. Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti