news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2025

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb

Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü ilə bağlı 2025-ci il 28 may tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb.

 

Bəyannamədə 2025-ci ildə həm də Azərbaycanın müstəqilliyinin bərpasından 34, ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçdiyi bildirilir. “Azərbaycan qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən səsvermə hüququ verən ilk müsəlman ölkəsidir. Biz burada Azərbaycan səfirliyinin mövcudluğu və Azərbaycan icmasının bütün vətəndaşlar üçün azadlıq, bərabərlik və ədalət prinsiplərinə sadiqliyi ilə daha da zənginləşdik”, - deyə bəyannamədə qeyd olunur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti