news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 noyabr 2020

Qarabağ Azərbaycandır!

TƏBRİK!

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək, Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazandı. Şanlı ordumuzun canları və qanları ilə qazandığı bu uğur Azərbaycanın qüdrətinin ən yüksək nümunəsidir.

Şuşamızın və işğal altında olan bir çox ərazilərimizin azad olunmasında canlarından keçən şəhidlərimizin xatirəsini böyük minnət və ehtiramla anır, qazilərimizə şəfa, güc və qüvvət diləyirik. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması qürur və fəxarət mənbəyidir.

Bu əlamətdar tarix münasibətilə Azərbaycan xalqını və ABŞ-da yaşayan soydaşlarımızı səmimi qəlbdən təbrik edir, müstəqilliyimizin və birliyimizin daim olmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni zəfər və qələbələr arzulayırıq! Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti