news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 dekabr 2023

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Vaşinqton şəhərində qeyd edilib.

ABŞ-nin Vaşinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib.

Ölkəmizin ABŞ-dəki Səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan icmasının nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

Tədbir zamanı Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov çıxışlarında icma üzvlərini ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarına ərmağan olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

Səfir X.İbrahim qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və igidlərimizin sucaəti və qəhrəmanlığının nəticəsidir. Səfir dövlətimizin qələbəsinin yanlız vətənimizdə deyil eyni zamanda ABŞ-də də bizlərə fərqli hisslər yaşatdığını bildirib. X.İbrahim 2024-cü ildə birgə səylərimizin daha da fəal olacağına və birlikdə Azərbaycanımızın daha gözəl gələcəyi üçün səylər göstərəcəyimizə ümid ifadə edib. Səfir X.İbrahim son olaraq qalib Azərbaycanın adının ABŞ-də yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diaspor fəallarına minnətdarlığını bildirib.

Bayram tədbiri musiqi proqramı ilə davam edib.

Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti