news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 fevral 2024

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər Siyasəti Mərkəzində çıxış edib.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri Xəzər İbrahim 28 fevral tarixində ABŞ-nin paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən Xəzər Siyasəti Mərkəzində hibrid formatda keçirilən tədbirdə çıxış edib.

Müzakirəyə ev sahibliyi edən Xəzər Siyasəti Mərkəzinin baş icraçı direktoru Əfqan Nifti, Mərkəzin idarə heyətinin üzvləri sabiq səfir Riçard Hoqlənd və Erik Rudenşiyold Azərbaycan səfirini və qonaqları salamlayıb.  

Tədbir zamanı səfir X.İbrahim Azərbaycanda və Xəzər regionunda baş verən yeniliklər, inkişaflar, eləcə də ölkəsinin gələcəyi haqqında auditoriyanı ətraflı məlumatlandırıb.

Səfir çıxışı zamanı Azərbaycan-Ermənistan sülh danışıqları, Azərbaycanın Qarabağ iqtisadi regionunda mövcud olan mina problemləri, işğaldan azad olunmuş ərazilərin tamamilə dağıdılması, Qarabağ regionunda mövcud olan məscidlərin tamamilə məhv edilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi və təsdiq etdiyi proqramlar çərçivəsində Azərbaycan dövlətinin Qarabağ regionunu yenidən qurması, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məqsədilə Azərbaycan dövləti tərəfindən davamlı olaraq görülən işlər, işğaldan azad edilmiş regionlarda iqtisadi və yaşıl zonaların yaradılmasından bəhs edib.

Tədbirin sonunda sual-cavab sessiyası baş tutub.  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti