ABŞ-də yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
Diqqətinizə çatdırmaq istərdik ki, cari ilin 1 noyabr tarixində Nyu York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlilərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcəkdir.
Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlarımızdan aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Eyni zamanda bildiririk ki, səyyar konsulluq zamanı müraciət etmək istədiyiniz xidmət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində əldə edə bilərsiniz.
https://washington.mfa.gov.az/az/category/konsulluq
ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi aşağıda qeyd olunan ştatlarda da vətəndaşlar üçün səyyar konsulluq xidmətləri həyata keçiriləcəkdir.
9 noyabr – Çikaqo (İllinoys);
11 noyabr – Filadelfiya (Pensilvaniya);
27 dekabr – Hyuston (Texas).
Yuxarıda adıçəkilən ştatlarda konsulluq xidmətlərindən yararlanmaq istəyən vətəndaşlarımızın aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
İllinoys
Pensilvaniya
https://docs.google.com/forms/d/e/1FAIpQLSckry9T9Ude5tI9FNqxql_7Mh6d4X4lHeoM79s0ixuxAhppHg/viewform
Texas
Səyyar konsulluq xidmətləri ilə bağlı əlavə məlumat almaq istədiyiniz təqdirdə aşağıda qeyd olunan əlaqə vasitəsilə Səfirliyə müraciət edə bilərsiniz.
Telefon: +1 (202) 556 – 93 91
Elektron poçt ünvanı: consul@azembassy.us