Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin Konsulluq bölməsinin akreditə edildiyi ərazidə yaşayan yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulmasının qeydə alınması məqsədilə Səfirliyin Konsulluq bölməsinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər
- Ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi (buradan yüklənə bilər)
- Ərizə verən şəxslərin nikah haqqında şəhadətnaməsi;
- Ərizə verən şəxslərin Amerika Birləşmiş Ştatlarında daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;
İştirak etməli olan şəxslər
- Ər və arvadın hər ikisi;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
Dövlət rüsumu
- 40 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
Müraciət edilməsi qaydası
- Ərizə verən vətəndaşlar konsulluq bölməsinə şəxsən ərizə ilə müraciət etməlidirlər.
- Görüş (appointment) təyin etmək üçün bu keçidi seçməyiniz xahiş olunur. (Siyahıdan "Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi"-ni seçin) Telefon və ya elektron poçt vasitəsilə görüş təyin etmək mümkün deyil.
Müraciətə baxılma müddəti.
- Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra ər-arvadın iştirakı ilə həyata keçirilir.
- Ər-arvad üzrlü səbəblərə (gəlməməyin səbəbinin üzrlü hesab edilməsi yalnız konsulluğun vəzifəli şəxsi tərəfindən müəyyən edilə bilər) görə nikahın pozulmasını qeyd etmək üçün müəyyən edilmiş gündə konsulluğa gələ bilmədikdə, onların xahişi əsasında konsulluq:
nikahın pozulmasının qeyd alınması gününü başqa tarixə keçirə bilər və ya;
yeni tarix müəyyən etmədən ər-arvadın gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər (onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına dair xahiş əks olunan və imzasızının həqiqiliyi konsulluq tərəfindən təsdiqlənən ərizə təqdim edildikdə).
Diqqət:
- Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
- Nikah bu hallarda məhkəmə qaydasında pozulur: 1) ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda; 2) ər (arvad) nikahın pozulmasına razı olmadıqda; 3) Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.).