Uşaq ABŞ-da dünyaya gəldikdə

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün

Tələb olunan sənədlər

  

Rüsum

  • 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

 

 Müraciət forması

  • Səfirliyin Konsulluq bölməsi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsinə dair müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

 

Diqqət!

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Bu halda ərizəçidən 10 ABŞ dolları əlavə rüsum tutulur.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti