Konsulluq
Konsulluq
Fərdi indentifikasiya nömrəsi-FİN
Fərdi identifikasiya nömrəsi (FİN), şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir.
15 yaşı tamam olmamış, ilk dəfə pasport alan uşaqlar üçün şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə istisna hal kimi fərdi identifikasiya nömrəsi əsasında Səfirlikdə pasportlarların rəsmiləşdirilməsi mümkündür.
Bunun üçün 15 yaşı tamam olmamış şəxsin qanuni nümayəndəsi tərəfindən Səfirliyə aşağıdakı sənədlər təqdim olunmalıdır.
- Ərizə (buradan yüklənə bilər)
- Uşağın qanuni nümayəndisinin şəxsiyyətini təsdiq edən sənədin surəti
- Uşağın səfirlik tərəfindən rəsmiləşdirilmiş doğum haqqında şəhadətnaməsinin surəti (ABŞ qurumları tərəfindən rəsmiləşdirilmiş doğum haqqında şəhadətnamələr qəbul edilmir)
- 10 ABŞ dolları konsulluq rüsumu yalnız “money order” (Pay to the order of: Embassy of the Republic of Azerbaijan)
Müraciət forması
- Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
- Səfirliyin Konsulluq bölməsi fərdi identifikasiya barədə müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:
Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008
Diqqət!
- FİN Ədliyyə Nazirliyi tərəfindən verilir və adətən 1-2 ay vaxt tələb olunur.