“MOBİL NOTARİAT”
Mobil cihazınıza “AppStore” və ya “Google Play” platfomalarından “Mobil notariat” adlı tətbiqini yükləməklə müxtəlif növ etibarnamələri və razılıq ərizələrini elektron formada rəsmiləşdirə bilərsiniz. Tətbiqin istifadəsinə dair suallarınız olarsa xahiş olunur Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əlaqə saxlayın.
SƏFİRLİKDƏ ETİBARNAMƏLƏRİN TƏSDİQ EDİLMƏSİ
Konsul bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edir.
Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilir. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
Tələb olunan sənədlər
- Etibar edənin şəхsiyyətini təsdiq edən sənədin əsli və surəti
- Etibar edilən şəxsin şəхsiyyətini təsdiq edən sənədin surəti
- Etibarnamənin mətnindən asılı olaraq əlavə digər sənədlər
Dövlət rüsumu
- 20 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).
Müraciət forması
- Yalnız sənədləri tam olan müraciətlər Səfirlikdə qəbul edilir.
- Vətəndaşın şəxsən Konsulluq bölməsinə gəlməsi tələb olunur.
- Görüş (appointment) təyin etmək üçün bu keçidi seçməyiniz xahiş olunur. (Siyahıdan "Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi"-ni seçin) Telefon və ya elektron poçt vasitəsilə görüş təyin etmək mümkün deyil.