Xaricdə daimi yaşayan vətəndaşların qeydiyyatı

Amerika Birləşmiş Ştatlarının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində və ya Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda uçota alınırlar.

Tələb olunan sənədlər:

  • Doldurulmuş uçot vərəqəsi (buradan yüklənə bilər)
  • Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3 x 4 ölçülü);
  • Vətəndaşın pasportunun surəti;
  • Vətəndaşın ABŞ-da daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti. 

Dövlət rüsumu

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.

Müraciət forması

Sənədlər tam və düzgün tərtib edildikdən sonra sonra poçt vasitəsilə vətəndaşların yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə göndərilməlidir. Ünvan:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti