Sənəsdlərin sorğu əsasında alınması

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin Konsulluq bölməsinin akkreditə olunduğu ştatlarda yaşayan vətəndaşlar Səfirlik vasitəsilə məhkumluq, subaylıq, və.s mövzularda arayışların alınması üçün müraciət edə bilərlər. Sorğular icraat üçün aidiyyəti dövlət orqanına göndərilir və müraciətə baxılma müddəti həmin vaxtdan başlayır. Bu müraciətə ümumilikdə 1-2 ay müddətində baxılır.

Tələb olunan sənədlər

  • Müvafiq ərizə.
  • Pasportun və şəxsiyyəti vəsiqəsinin surəti;
  • Sorğu ilə bağlı müvafiq sənədlərin surətləri (əgər varsa);

Dövlət rüsumu

  • 10 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Səfirliyin Konsulluq bölməsi Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Zərfdən istifadə etməklə ərizəçiyə müraciətin nəticəsi barədə Səfirlik tərəfindən yazılı məlumat verilir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti