ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə
27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzü nəticəsində mövcud gərginlik şəraitində, əvvəllər olduğu kimi ABŞ-da radikal erməni qruplarının nifrət zəminində təxribatlarının baş verməsi ehtimalı mövcuddur.
Vətəndaşlarımızı və soydaşlarımızı ehtiyatlı və təmkinli davranmağa, təxribatlara uymamağa çağırırıq.
Ölkəmizin vətəndaşlarından ehtiyac yaranan təqdirdə Səfirliyin +1 202-560-3583 QAYNAR XƏTTİ vasitəsilə əlaqə saxlamaları xahiş olunur.