AZƏRBAYCAN RESPUBLİKASININ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDAKI SƏFİRLİYİ SƏYYAR KONSULLUQ XİDMƏTİ
Florida və ətraf ştatlarda yaşayan vətəndaşların nəzərinə!
Səfirlik tərəfindən Mayami şəhərində ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi və yenilənməsinə dair səyyar konsulluq xidməti təşkil olunacaqdır.
Tələb olunan sənədlərə dair ətraflı məlumat səfirliyin rəsmi internet səhifəsinin müvafiq bölməsindən əldə oluna bilər.
https://washington.mfa.gov.az/az/category/pasport
Tarix: 17 May 2025, şənbə
Saat: 09:30 - 18:30
Fasilə vaxtı: 13:30 - 14:30
Giriş sərbəstdir.
Ünvan:
16701 Collins Avenue,
Sunny Isles Beach, FL, 33160