Ümumi məlumat

Sənədlərin sorğu əsasında alınması üçün tələb olunan sənədlər:

  • Ərizə. Ərizə sənəd sahibinin özü və ya onun qanuni nümayəndəsi tərəfindən yazılmalıdır.
  • Pasportun və şəxsiyyəti vəsiqəsinin surəti;
  • Sorğu edilən hər bir sənəd üçün 25 ABŞ dolları məbləğində “money order”;
  • Sorğu edilən sənədin və ya sorğu ilə bağlı müvafiq sənədlərin surətləri (əgər varsa);

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və sənədlərin Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

 

Search in archive