Ümumi məlumat

ABŞ vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə yazılı məlumat verməlidir.

Bunun üçün aşağıdakı sənədlərin Səfirliyə göndərilməsi tələb olunur:

  1. Ərizə-anket
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti
  3. ABŞ naturalizasiya vərəqinin surəti
  4. ABŞ-dakı ünvanı göstərən sənədin surəti (məsələn, driver's license)
  5. 2x2 inches ölçüdə foto şəkil

Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti ABŞ pasportunun surəti və ya ABŞ naturalizasiya vərəqinin surəti ABŞ-dakı ünvanı göstərən sənədin surəti ( məsələn, driver license)

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə daxil olan belə ərizələr əlavələri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda, ərizəçiyə ABŞ vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyini yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

 

Qanunvericilikdən çıxarış

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.*

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə AR-in səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. 

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. (18-ci maddə)

Qeyd: Son müddəalar (10-cu maddənin ikinci hissəsi və 18-ci maddə) 30 iyun 2014-cü il tarixindək digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

 

Search in archive