Etibarnamə

Etibarnamə

Etibarnamənin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə şəxsən təqdim olunmalıdır:

  1. Ərizə (Səfirlikdə tərtib olunur);
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  3. ABŞ-da daimi və ya müvəqqəti yaşamanızı təsdiq edən sənədin “green card”in və ya vizanın surəti;
  4. ABŞ-dakı ünvanı göstərən sənədin surəti ( məsələn, driver license);
  5. Etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  6. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.1.-cı bəndinə əsasən 20 USD məbləğində dövlət rüsumu tutulur. (money order şəklində ödənilmədir).

Diqqət! Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

Qeyd olunan əməliyyatın poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

Search in archive