Azərbaycan və ABŞ: Sülhdə tərəfdaşlıq

Azərbaycan və ABŞ: Sülhdə tərəfdaşlıq

 

Azərbaycan və ABŞ eyni dəyər və maraqları paylaşır. Hər iki ölkə regional təhlükəsizlik, iqtisadi və enerji inkişafı, müxtəlifliyi və inklüzivliyə çalışmaqda davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın xüsusi əhəmiyyətli qovşağında Amerikanın etibarlı regional tərəfdaşına çevrilmişdir.

Azərbaycan hərbiçiləri Əfqanıstanda Amerika əsgərləri ilə  çiyin-çiyinə xidmət edir.  Azərbaycan Əfqanıstan polisi, sərhəd mühafizə zabitləri və mülki və hərbi tibbi həkimlər üçün xüsusi təlimlər keçir. Prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan xalqları arasında uzunmüddətli dostluğu vurğulayaraq gələcəkdə Əfqanıstan milli institutları ilə əməkdaşlığı genişləndirmək arzusunu bildirmişdir.

Qeyd etmək lazımdır ki, Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi sülh əməliyyatının başlamasından bəri Azərbaycan öz infrastrukturunu bu əməliyyata açmış və ölkənin infrastrukturu qeyri-döyüş yüklərin Əfqanıstana tranzit daşımaları üçün istifadə edilmişdir. Şimal Paylayıcı Şəbəkəsinin əsas tərkib hissəsi kimi Azərbaycan Əfqanıstanda koalisiya qüvvələri üçün fasiləsiz multimodal tranzit təmin etmişdir.

 

ABŞ Nəqliyyat Komandanlığı və Hava Mobil Komandanlığı ilə sıx əməkdaşlıq edən Azərbaycan İSAF əməliyyatının dəstəklənməsi üçün ABŞ və NATO-ya mühüm uçuş icazələri,  tibbi evakuasiya uçuşları, enmə və yanacaq doldurma imkanları təqdim etmişdir.

ABŞ Azərbaycanla birgə sülh səylərinin tarixi onilliklərə dayanır. Azərbaycan hərbçiləri illər boyu Amerikanın İraq və Balkanlarda apardığı səylərə kömək etmiş,dir. Azərbaycan həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakçıdır. Azərbaycan və ABŞ birgə nüvə yayılmasının qarşısının alınması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq, geniş Xəzər regionu və daha geniş coğrafiyada təhlükəsizliyin təmin etmək üçün birgə çalışır. Azərbaycan Silahlı Qüvvələri Oklahoma Milli Qvardiyası ilə birgə səmərəli əməkdaşlıq əsasında Dövlət Tərəfdaşlığı proqramını inkişaf etdirmişdir.

Azərbaycan Konqreslə güclü əlaqələrə malikdir. Konqresdəki Azərbaycan İşçi Qrupu ABŞ və Azərbaycan arasında artan tərəfdaşlığı inkişaf etdirmək və ABŞ-ın vacib Xəzər regionunda maraqlarını inkişaf etdirilməsində mühüm rol oynamışdır. Son illərdə Azərbaycan öz ştat və yerli səviyyələrdə təmaslarının dairəsini genişləndirmişdir.

Bugün Azərbaycan Respublikasının Vaşinqtondakı Səfirliyi ilə yanaşı Los-Anceles şəhərində Baş konsulluq və Santa Fe şəhərində Fəxri konsulluq fəaliyyət göstərir.

Arxiv üzrə axtarış