Tərcümənin təsdiqi

Tərcümənin təsdiqi

Sənədlərin tərcümə və təsdiqi

 Tərcümənin təsdiqi əməliyyatının həyata keçirilməsi üçün aşağıdakı sənədlərin Səfirliyə təqdim olunmalıdır:

  1. Ərizə;
  2. Tərcümə olunacaq sənədin əsli;
  3. Vətəndaşın pasportunun surəti;
  4. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.7.-bəndinə əsasən sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün): -xarici dillərdən- 10 ABŞ dolları, xarici dillərə isə- 20 ABŞ dolları məblğində dövlət rüsumu tutulur.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və sənədlərin Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Arxiv üzrə axtarış