2021-08-20

Təcili elan !

Təcili elan !

Hörmətli həmvətənlər,
Cari ilin 23 avqust tarixində səfir Xəzər İbrahimin ABŞ-ın Nyu York ştatı və ətraf bölgələrdə yaşayan yerli Azərbaycan icmasının üzvləri ilə qeyri-rəsmi tanışlıq görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə həmvətənlərlə işin təşkilinə dair müxtəlif məsələlər, o cümlədən Covid-19 pandemiyası dövründə icma üzvlərinin qarşılaşdığı problemlərin müzakirəsi və səyyar konsulluq xidmətinin göstərilməsi nəzərdə tutulur.
Maraqlanan şəxslərdən aşağıdakı elektron poçta yazmaqla iştiraklarını təsdiqləmək xahiş olunur.
consul@azembassy.us

Görüşün keçiriləcəyi vaxt: 23 avqust 2021-ci il, saat 16:30 (yerli vaxtla)
Görüşün geçiriləcəyi yer: 2001 Emmons Ave, Brooklyn, NY 11235  (Baku Palace  ikinci mərtəbə)

Arxiv üzrə axtarış