2020-12-31

Əziz soydaşlarımız və həmvətənlərimiz, Bütün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə sizi təbrik edirik!

Vətənimiz Azərbaycan üçün 2020-ci il olduqca yaddaqalan bir il oldu. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Milli Ordumuz ölkəmizin işğal olunmuş torpaqlarını azad etdi. Hər il oduğu kimi bu il ölkəmizin ən böyük sərvəti olan müstəqil dövlətçiliyimiz həmvətənlərimizi və soydaşlarımızı bir araya gətirdi və birgə fəaliyyətimizin daha da gücləndirilməsinə vəsilə yaratdı. Azərbaycanın həmrəyliyi, milli birliyi, zəngin tarixi, mədəniyyəti və adət-ənənələri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq hər zaman soydaşlarımız tərəfindən qorunub saxlanılır.

Öz növbəmizdə ABŞ-da yaşayan bütün həmvətənlərimizə və soydaşlarımıza ölkəmizin müstəqilliyinə və milli birliyimizə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.
Hər birinizə uğurlar, şəxsi həyatınızda səadət və firavanlıq arzu edirik! Bayramınız mübarək!

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi
Our dear compatriots and compatriots, We congratulate you on Solidarity Day of All World Azerbaijanis and New Year! 2020 has been a very memorable year for our homeland Azerbaijan. Our glorious National Army liberated the occupied lands of our country under the leadership of Mr. Ilham Aliyev, the Supreme Commander-in-Chief of the Armed Forces. As every year, this year, our independent statehood, which is the largest wealth of our country, brought together our compatriots and compatriots and educated to further strengthen our joint activity. Solidarity, national unity, rich history, culture and traditions of Azerbaijan are always preserved by our compatriots regardless of which country in the world. We express our deep gratitude to all our compatriots and compatriots living in the United States for the independence of our country and national unity. We wish each of you success, happiness and prosperity in your personal life! Happy holiday to you! Embassy of the Republic of Azerbaijan in the USA

 

www.facebook.com/azembassy.us

Arxiv üzrə axtarış