Diplomatik və rəsmi vizalar
Diplomatik və rəsmi vizanın rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməldir.
- pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
- iki ədəd rəngli fotoşəkil (3x4sm);
- Dövlət qurumunun rəsmi müraciəti.
Sənədləri Səfirliyə poçt vasitəsilə də göndərə bilərsiniz. Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərf əlavə edin, zərfin üzərində ünvanınızı yazın və sənədlərin geri qaytarılması üçün ödəniş markası yapışdırın. Zərfin üzərində “tracking number” olmasına diqqəti yetirin.