Birdəfəlik viza

Birdəfəlik giriş vizasının rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməlidir.

  1. ərizə-anket.
  1. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
  2. İki ədəd rəngli fotoşəkil (3x4sm);
  3. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd (20 USD məbləğində “money order”);
  4. Səfərin məqsədindən asılı olaraq:
  • Turizm səfəri üçün: Otel sifarişi haqqında sənədin surəti;
  • Şəxsi səfər üçün: Dəvət edən şəxsin ərizəsi və şəxsiyyət vəsiqəsinin surəti;
  • İşguzar və rəsmi səfər üçün: Dəvət edən tərəfin rəsmi məktubu; 

Birdəfəlik giriş vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.

Sənədləri Səfirliyə poçt vasitəsilə də göndərə bilərsiniz. Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərf əlavə edin, zərfin üzərində ünvanınızı yazın və sənədlərin geri qaytarılması üçün ödəniş markası yapışdırın. Zərfin üzərində “tracking number” olmasına diqqəti yetirin.

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Arxiv üzrə axtarış