Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Tələb olunan sənədlər

  • Elektron qaydada çap edilmiş ərizə-anket - 2 ədəd (buradan yüklənə bilər)
  • Elektron qaydada çap edilmiş Azərbaycan Respublikası Prezidentinin adına ərizə – 2 ədəd;
  • Tərcümeyi-hal – 2 ədəd;
  • 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd
  • ailə tərkibi haqqında arayış
  • Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış (insanın immunçatışmazlığı virusu infeksiyası, vərəm, hepatit B və C virusları, dəri-zöhrəvi, ruhi-əsəb);

Dövlət rüsumu

  • 60 ABŞ dolları dövlət dövlət rüsumu yalnız “money order” şəklində digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir (Pay to the order of: Embassy of the Republic of Azerbaijan).

Müraciət forması

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir.
  • Səfirliyin Konsulluq bölməsi Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı müraciətləri yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Zərfdən istifadə etməklə ərizəçiyə müraciətin nəticəsi barədə Səfirlik tərəfindən yazılı məlumat verilir. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

Müraciətə baxılma müddəti və nəticələri

  • Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına bərpası barəsində müvafiq sərəncam verilir.
  • Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır.
  • Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Arxiv üzrə axtarış