RƏSMİ VİZA

Rəsmi səfər vizası xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarına, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

 

Tələb olunan sənədlər:

  1. Doldurulmuş ərizə-anket (buradan yüklənə bilər). (1)
  2. Pasportun əsli.
    • Pasportun etibarlılıq müddəti müraciət olunan vizanın müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır
    • Səyahət sənədi ilə müraciət edən şəxslərin həmçinin daimi yaşayış kartını təqdim etməsi vacibdir.
  3. Pasportun surəti.
  4. İki ədəd 3x4 ölçülü fotoşəkil.
    • Ağ fonda olmalı, son altı ay ərzində çəkilməli və şəxsin hazırkı vəziyyətini əks etdirməlidir
  5. Diplomatik nota və ya rəsmi məktub
    • Səfər edən rəsmi şəxsin adı, soyadı, doğum tarixi, səfərin məqsədi, səfərin tarixi və Azərbaycanda planlaşdırılan qalma müddəti qeyd olunmalıdır.
    • Səfər edən şəxsi müşayiət edəcək övladının və ya digər ailə üzvlərinin adları və doğum tarixləri əks olunmalıdır.
  6. Tam peyvəndlənmə və ya COVID-19 xəstəliyindən sağalma barədə rəsmi sənədin surəti
  • Yaşı 18-dən yuxarı olan şəxslərin COVID-pasportunun (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi) surəti təqdim olunmalıdır.

DİQQƏT!

  • Səfirliyin Konsulluq bölməsi viza müraciətlərini yalnız poçt vasitəsilə qəbul edir. Müraciət zamanı poçt ödənişli geri qaytarılma zərfi (Express Mail, FedEx, UPS və ya DHL) mütləq sənədlərə əlavə olunmalıdır. Azərbaycan Səfirliyi poçt çatdırılmasının itkisinə görə heç bir məsuliyyət daşımır. Səfirlik poçtlarınızın izləmə nömrələrinin qeydiyyatını aparmır. Xahiş edirik tələb olunan sənədləri aşağıdakılara ünvana göndərin:

Embassy of Azerbaijan Attn: Consular Section,
2741 34th Street, NW, Washington, DC 20008

 

  • Yalnız sənədləri tam olan müraciətlər prosesə qəbul edilir. Səfirlik yuxarıdakı siyahıda qeyd olunmayan əlavə sənəd / məlumat istəmə hüququnu özündə saxlayır.
  • Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq

Arxiv üzrə axtarış