Mədəniyyət və idman

Mədəniyyət və idman

 

Qafqaz dağlarının yüksək zirvələri və dərin dərələrdən Lənkəranın subtropik meşələrinə, Xəzər dənizinin sahillərinə qədər Azərbaycanın unikal mənzərəsi şair və musiqiçilərə - böyük Nizami Gəncəvinin davamçıları və əsrarəngiz Muğam musiqisinin ustadlarına ilham verməyə davam edir.

Azərbaycan xalqı öz mədəniyyətinə böyük həvəslə yanaşır və zəngin musiqi ənənələrinə və irsinə dərindən bağlıdır. Müsəlman dünyasında ilk opera – Şərqin “Leyli və Məcnun” epik məhəbbət hekayəsi 1908-ci ildə Azərbaycanda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılmış və ifa olunmuşdur.

Azərbaycan dünyada böyük təəssürat yaradan dərin və zəngin mədəniyyətə malik ölkədir. Təbriz, Naxçıvan, Gəncə, Bakı, Şəki və Yuxarı Qarabağdan olan Azərbaycanlı sənətkarların möhtəşəm əsərləri Vaşinqton şəhərində yerləşən Smithsonian, London şəhərində Viktoriya və Albert və Parisdə Luvr kimi dünyanın ən nüfuzlu muzey kolleksiyalarında rast gəlinir.

Xalça toxuculuğu ənənəsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Gözəl və təfərrüatlı xalçalar insanları bugünədək heyrətləndirir və həvəsləndirir. Təkraredilməz və bir-birindən fərqli xalça nümunələri Azərbaycanın Qarabağ, Quba, Gəncə və digər bölgələrini əks etdirir və onların öyrənilməsi Milli Xalça Muzeyində mümkündür. Azərbaycanda xalçaçılıq sənəti bu gün də yaşadılır və usta xalça toxuyucuları hələ də əlləri ilə xalça toxuyur.

Xalq mahnıları və rəqsləri Azərbaycan mədəniyyətinin önəmli hissələrindən biridir və Azərbaycanlı musiqiçilər Muğam və Caz qarışığından Cazın xüsusi növünü inkişaf etdirmişdir. Bakı beynəlxalq caz ustası əfsanəvi Vaqif Mustafazadənin şəhəridir.

Bir çox tədbirlərdə Azərbaycan mədəniyyət və musiqisi ABŞ-da təqdim edilmişdir. 2018-ci ilin aprel ayında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirləri çərçivəsində Vaşinqton şəhərinin ən məşhur turizm mərkəzlərindən olan Tomas Ceferson Memorialı, Vaşinqton Abidəsi, Linkoln Memorialı və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqsləri nümayiş etdirilmişdir.

Bugün Azərbaycanlı gənc ifaçıları beynəlxalq musiqi müsabiqələrində qalib gəlməyə davam edirlər. Azərbaycanlı Ell və Nikki dueti 2011-ci ildə Avropanın ən mötəbər müsiqi müsabiqəsi olan“Eurovision”da qalib gəlmişdir. 2012-ci ildə Avropanın ən qədim və çox baxılan pop musiqi yarışına ev sahibliyi edəb Azərbaycanın paytaxtı Bakı şəhəri Azərbaycanın zəngin mədəniyyətə malik bir ölkə olduğunu bir daha nümayiş etdirmişdir.

Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduxalqımızın zəngin mədəniyyət və irsini təbliğ edir və qoruyur. Fond qədim Azərbaycan muğamını, sufi nəğmələrə əsaslanan unikal musiqi ənənəsini qorumaq və yenidən canlandırmaq üçün xüsusi səy göstərmişdir.

İdman üzrə əsas qlobal mərkəz olan Azərbaycan 2015-ci ildə qitə yarışları üçün yeni başlanğıc olan möhtəşəm Avropa Oyunlarına ev sahibliyi etdi. Bununla yanaşı, Azərbaycanda bir çox idman tədbirləri, o cümlədən 2017-cı ildə keçirilmiş İslam Həmrəylik Oyunları və 2016-ci ildən bəri etibarən təşkil edilən Formula 1 yarışları keçirilir.

 

Konsulluq Xidməti

Səfirliyin Konsulluq bölməsinin əsas missiyası Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeyini müdafiə etmək və rəsmi konsulluq funksiyalarını həyata keçirməkdir.

Səfirlik Alaska, Arizona, Kaliforniya, Kolorado, Havai, İdaho, Montana, Nevada, Nyu Meksiko, Oregon, Yuta, Vaşinqton və Vyominq ştatlarından başqa digər bütün ştatlarda konsulluq fəaliyyətini göstərir. Azərbaycanın Los-Anceles şəhərində fəaliyyət göstərən Baş Konsulluğu yuxarıda adları çəkilən ştatlarda konsulluq xidmətini həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Səfirliyin internet saytını ziyarət edin və ya bizi facebook-da izləyin.  

http://washington.mfa.gov.az/

www.facebook.com/azembassy.us

Arxiv üzrə axtarış