Meydana gələn biznes, nəqliyyat və telekommunikasiya gücü

Meydana gələn biznes, nəqliyyat və telekommunikasiya gücü

 

Azərbaycan dinamik və sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Müstəqillik dövründən bəri Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur.

Son dövrdə Azərbaycanın əldə etediyi iqtisadi uğurun açarı ölkədə uzun müddətli investisiyanı təşviq edən ədalətli və şəffaf hüquq sisteminin mövcud olmasıdır. Azərbaycanda müqavilə, ticarət və hüququn aliliyinə olan hörmət xarici sərmayədarları cəlb edir.

Biznes şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan infrastruktur layihələrinə əhəmiyyətli strateji investisiyalar qoymuşdur. Bura nəqliyyat və telekommunikasiya sistemlərinə əsaslı xərclər, kənd təsərrüfatının müasirləşdirilməsi, hava və dəniz limanlarının təkmilləşdirilməsi, elektrik enerjisi istehsalı və s. daxildir.

ökumət Ələtdəki Beynəlxalq Dəniz Ticarət Limanı və Avropa və Asiya dəmir yol qovşaqları arasında mühüm bir əlaqə quran və tarixi İpək Yolunu dirçəltmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də daxil olmaqla bir çox əsas nəqliyyat layihələrinə sərmayə qoymuşdur. 2017-ci il oktyabrın 31-də açılışı baş tutmuş 850 kilometr (500 mil) Bakı-Tiblisi-Qars dəmir yolu Avropanı Çin ilə birləşdirməklə regionda iqtisadi inkişafı stimullaşdırmağa yardım edəcək.

 Prezident İlham Əliyev BTQ layihəsinin geostrateji və iqtisadi əhəmiyyətini qeyd edərək bu layihəni “Avropa və Asiya arasında ən qısa və ən etibarlı bir bağlantı” kimi təsvir etmiş və onun “marşrutu boyunca ölkələr arasında ticarət dövriyyəsinin və qarşılıqlı sərmayələrin artıracağını” vurğulamışdır. İlkin olaraq illik 6.5 milyon ton karqo və bir milyon sərnişin daşıma qabiliyyəti olan bu nəqliyyat şəbəkəsi region ölkələri arasında və daha geniş coğrafiyada tranzit, ticarət və sərmayələri süətləndirəcək. Avropa və Asiya dəmiryolları sistemləri arasında ən qısa bağlantı olmaqla BTQ-nin qiymətləri azaltması və yükdaşımaları sürətləndirməsi gözlənilir. Eyni zamanda, layihə regional marşrut boyunca daha çox biznes və infrastruktur imkanlarının yaradılmasına imkan yaradır.

Bakı-Tiblisi-Qars dəmiryol xətti Avropa və Cənubi Asiya arasında yük daşımalarını asanlaşdırmaqla Əfqanıstan və Türkmənistan da daxil olmaqla digər Mərkəzi Asiya ölkələri üçün də imkanlar yaradır və regionda fəaliyyət göstərən Amerika şirkətlərinə fayda verəcək. 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Lapis Lazuli Nəqliyyat Dəhlizinə dair anlaşmanın imzalanması Əfqanıstanın Herat əyalətinin Torqundi şəhəri ilə Aşqabad şəhərini birləşdirən dəmir yol və avtomagistralları, daha sonra isə Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı limanını birləşdirəcək. Daha sonra dəhliz Xəzər dənizindən Bakıya, sonra Poti və Batumiyə qollar ayrılmaqla yanaşı Tiflisdən Ankaraya, həmçinin Ankaradan da İstanbula keçəcək. Bu təşəbbüs nəqliyyat infrastrukturu və prosedurlarının (yol, dəmiryolu və dəniz yolu daxil olmaqla) təkmilləşdirilməsi, ixracın artırılması və bu yeni nəqliyyat dəhlizindən yaralanaraq ölkələrin vətəndaşlarının iqtisadi imkanlarının genişləndirilməsi məqsədini daşıyır.

 Azərbaycan hökuməti üçün ölkənin telekommunikasiya sektorunun inkişafı prioritet məsələlərdən biridir. Azərbaycan “Trans-Avrasiya Super İnformasiya Magistralı”nı təşviq edir , illik BakuTel sərgisi isə regionun əsas informasiya texnologiyası tədbirinə çevrilib. 2013-cü ildə Virciniya ştatında fəaliyyət göstərən “Orbital Sciences” korporasiyası ilə birgə ilk milli telekommunikasiya peykini fəzaya buraxan Azərbaycan milli kosmik proqramını genişləndirir. 2018-ci ildə Azərbaycan Kaliforniyada yerləşən “Space Systems/Loral” (SSL) tərəfindən istehsal edilən Azerspace-2 / İnteslsat-38 adlı ikinci telekommunikasiya peykinin işə salınmasına şahidlik edəcək və Fransız Qvineya Kürü kosmodromundan komosa göndəriləcək.

Arxiv üzrə axtarış