İmza həqiqiliyinin təsdiqi

İmza həqiqiliyinin təsdiqi

İmza həqiqiliyinin təsdiqi əməliyyatı adətən vətəndaşlar tərəfindən tərtib edilən və imzalanan razılıq əriziləri üçün tətbiq edilir. 

Azərbaycan Respublikasında yaşayış yeri ezrə daimi qeydiyyatda olan mənzilin və ya digər daşınmaz və daşınar əmlakın satılmasına, bağışlanmasına və ya ipoteka qoyulmasına dair razılıq ərizəsində olan imzanın həqiqiliyinin təsdiqi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Ərizə (Səfirlikdə tərtib olunur);
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli və surəti;
  3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti;
  4. ABŞ-da daimi və ya müvəqqəti yaşamanızı təsdiq edən sənədin “green card”in və ya vizanın surəti;
  5. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.6.-cı bəndinə əsasən 20 USD məbləğində dövlət rüsumu tutulur. (money order şəklində ödənilmədir);
  6. Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər.

Azərbaycan Respublikasında olan 18 yaşına çatmayan uşağın valideynlərinin birinin müşayəti ilə xarici ölkələrə səfər etməsi və ya Azərbaycan Respublikasında sənədləşdirilməsinə dair digər valideynin razılıq ərizəsində olan imzanın həqiqiliyinin təsdiqi üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Ərizə (Səfirlikdə tərtib olunur);
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli və surəti;
  3. 18 yaşın tamam olmamış uşağın pasportunun surəti;
  4. 18 yaşın tamam olmamış uşağın doğum haqqında şəhadətnamənin surəti;
  5. Onunla birlikdə xarici ölkəyə gedən valideynin pasportunun surəti;
  6. ABŞ-da daimi və ya müvəqqəti yaşamanızı təsdiq edən sənədin “green card”in və ya vizanın surəti;
  7. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.6.-cı bəndinə əsasən 20 USD məbləğində dövlət rüsumu tutulur. (money order şəklində ödənilmədir);

Diqqət! Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

Qeyd olunan əməliyyatın poçt vasitəsilə həyata keçirilməsi mümkün deyil.

Arxiv üzrə axtarış