18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları üçün

18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarına pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  • Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN – fərdi identifikasiya nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
  • 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə-anket;
    • Qeyd: 15 yaşı tamam olmamış vətəndaş üçün ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
    • 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
  • Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • Valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi (hər iki valideyn səfirliyə gəldiyi təqdirdə ərizə Səfrilikdə tərtib olunur);
  • Valideynlərin pasportlarının surəti;
  • Etibarlıq müddəti bitmiş pasportun əsli;
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
  • Ödənilmiş poçt konverti (Prepaid envelope: USPS, FedEx or UPS)

Vətəndaş yuxarıda sədalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan öncədən Səfirliyin konsulluq şöbəsi ilə əlaqə saxlayaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur.

  • bir yaşınadək uşaqlar üçün - 10 manat
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  • on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində https://e-payment.mia.gov.az/portal/index “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Qeyd. Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş uşağın şəxsiyyət vəsiqəsinin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014

Həmçinin, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 55 ABŞ dolları dövlət rüsumu ödənilir. “Money order” şəklində ödənilməsi xahiş olunur. "Money order" Səfirliyin adına yazılır: "Pay to the order of: Embassy of Azerbaijan Republic".

Azərbayсan Respublikasının İnzibati Xətəlar Məсəlləsinin 331-сi maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə - 30 (otuz) manat məbləğində cərimə edilirlər.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir.

Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

 

* Email
* First Name
* Last Name
 City
 State
  * = Required Field