18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları üçün

Pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim edilməldir.

  • Ərizə anket
  • Şəxsiyyət vəsiqəsi (əsli və ya keyfiyyətli scan edilmiş surəti)
  • Pasport
  • Hərbi bilət (əsli və ya keyfiyyətli scan edilmiş surəti)
  • Konsul qeydiyyatı vərəqəsi
  • Dövlət rüsumunun ödənilməsi barədə sənəd (55 USD məbləğində Səfirliyin adına yazılmış money order və AR DİN-in büdcəsinə 40 AZN ödənilməsi barədə qəbzin surəti)
  • 2 ədəd foto şəkil (3x4 ölçüdə)
  • Ödənilmiş poçt konverti (Prepaid envelope: USPS, FedEx or UPS)

 

Pasport oğurlandıqda yuxarıda sadalanan sənədlərin sırasına  oğurluq faktı baş verən ərazi üzrə polis bölməsindən pasportun oğurlanmasını təsdiq edən müvafiq arayış əlavə edilməlidir.

Vətəndaş yuxarıda sadalanan sənədlərlə və şəxsiyyət vəsiqəsi ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı (appointment) təyin etmələri xahiş olunur.

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur.

  • bir yaşınadək uşaqlar üçün - 10 manat
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  • on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində https://e-payment.mia.gov.az/portal/index “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Qeyd. Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014

Həmçinin, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 55 ABŞ dolları dövlət rüsumu ödənilir. “Money order” şəklində ödənilməsi xahiş olunur. "Money order" Səfirliyin adına yazılır: "Pay to the order of: Embassy of Azerbaijan Republic".

Azərbayсan Respublikasının İnzibati Xətəlar Məсəlləsinin 331-сi maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə - 30 (otuz) manat məbləğində cərimə edilirlər.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

* Email
* First Name
* Last Name
 City
 State
  * = Required Field