Ümumi məlumat

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Şəhadətnamənin alınması üçün aşağıdakı sənədlər Səfirliyə təqdim olunmalıdır:

Pasportun etibarlıq müddəti bitdikdə və yaxud səhifələri dolduqda:

  • Doldurulmuş ərizə-anket;
  • Pasportun əsli;
  • 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd. 40 (qırx) ABŞ dolları məbləğində "money order"

Pasportun itirildiyi və ya oğurlandığı təqdirdə:

  • Doldurulmuş ərizə-anket;
  • üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri –
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti;
  • Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
  • 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd. 40 (qırx) ABŞ dolları məbləğində "money order"

Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxlər:

  • Doldurulmuş ərizə-anket;
  • Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli;
  • 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
  • Valideynlər tərəfindən sərbəst şəkildə yazılmış ərizə;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd. 40 (qırx) ABŞ dolları məbləğində "money order".

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən bu yuxarıda göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün:  Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və Qayıdış Şəhadətnaməsinin Express Mail vasitəsilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Diqqət! Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

* Email
* First Name
* Last Name
 City
 State
  * = Required Field